Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib

10:09 - 30 / 08 / 2024
Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “SF Azerbaijan”nın “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərini pozduğu məlum olub.

Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib

Paylaş:
179

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər