Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 598 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilələrlə əlaqədar 598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 69 ölkəni və həmin müşahidəcilər 51 qurumu təmsil edirlər.
O, deyib ki, növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 nəfər müşahidəçi qeydiyyatdan keçib.
250