Balakəndə 102 yaşlı seçici səs verib
110 saylı Balakən seçki dairəsinin 9 saylı seçki məntəqəsində yaşı 100-dən yuxarı olan seçici səs verib.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə 110 saylı Balakən dairə seçki komissiyasının (DSK) sədri Vahid Əliyev məlumat verib.
Onun sözlərinə görə, Balakənin Gərəkli kəndində yaşayan 1922-ci il təvəllüdlü Pətimat Əli qızı Xəlilova adlı seçicinin evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səsvermə hüququndan istifadə edib.
DSK sədri bildirib ki, dairə üzrə qeydiyyatda olan 39 min 364 seçici 44 məntəqədə səs verir. Onlardan 447 nəfəri səsvermə hüququndan ilk dəfə yararlanır.
Dairə üzrə səsvermənin gedişini 769 müşahidəçi izləyir.
178