Qaxda səhhətləri seçki məntəqəsinə gəlməyə imkan verməyən şəxslərin evinə daşınan seçki qutusu aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda səhhətləri seçki məntəqəsinə gəlməyə imkan verməyən şəxslərin evinə daşınan seçki qutusu aparılıb

17:33 - 01 / 09 / 2024
Qaxda səhhətləri seçki məntəqəsinə gəlməyə imkan verməyən şəxslərin evinə daşınan seçki qutusu aparılıb

113 saylı Qax-Şəki seçki dairəsi dairə seçki komissiyasının (DSK) 4 saylı məntəqəsində səhhətləri seçki məntəqəsinə gəlməyə imkan vermədiyi üçün yeddi nəfərin evinə daşınan seçki qutusu aparılıb.

Onlardan da biri Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayevdir.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsinə daxil olan 73 seçki məntəqəsinin 60-ı Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. Dairə üzrə 54 min 437 seçici bu gün öz səsvermə hüququndan istifadə edir.

Dairənin 4 saylı məntəqəsində isə 1006 nəfər seçici qeydiyyatdadır. Məntəqə sədri Dilşad Mustafayevanın sözlərinə görə, həmin seçicilərdən 7 nəfər onlara müraciət edərək evdə səs vermək istədiklərini bildirib. Beləcə məntəqədə daşınan qutu hazırlanır, səs verəcək seçicilərin bülletenləri qaydasına salınaraq məntəqə üzvü və müşahidəçilərdən birinin iştirakı ilə yola salınır.

Vətən müharibəsi şəhidi Asəf Ağayevin atası Abid Ağayev uzun illərdir yataq xəstədir. Parlament seçkiləri ilə əlaqədar Abid Ağayev dairə seçki komissiyasına müraciət edərək, evində səs verməsi üçün şərait yaradılmasını xahiş edib. Buna görə də onun evinə daşınan seçki qutusu gətirilib.

Abid Ağayev ötən müddətdə seçki prosesini izlədiyini, hər bir namizəd barədə ətraflı məlumat topladığını bildirib.

Daha sonra ona bülleten təqdim edilib. Şəhid atası bülleteni bir daha diqqətlə nəzərdən keçirdikdən sonra öz namizədinə səs verib.

4 saylı seçki məntəqəsinin üzvü Təranə Məcidova bildirib ki, onlar daha altı ünvana yollanaraq xəstə, ahıl insanların səs verməsini təşkil edəcəklər.

Qeyd edək ki, bu dairə üzrə 9 namizəd qeydə alınıb.

Paylaş:
438

Son xəbərlər

Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO08 / 10 / 2024, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb08 / 10 / 2024, 14:32Çərşənbə gününün hava proqnozu08 / 10 / 2024, 12:49
Bütün xəbərlər