Xocalıda seçicilər səsvermədə fəal iştirak ediblər
Xocalıda seçicilər səsvermədə fəal iştirak ediblər.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, 118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin Xocalı şəhərində yerləşən 73 saylı Seçki Məntəqəsinin sədri Ceyhun Abdulov deyib.
"Seçki tam şəffaf şəraitdə keçirilir. Artıq səsvermə hüququna sahib olan seçicilərimizin çoxu səsvermədə iştirak edib. İllər sonra öz şəhərində olan sakinlərin seçkidə fəallığı sevindirici haldır", - deyə məntəqə sədri bildirib.
Qeyd edək ki, Xocalıda 3 seçki məntəqəsi fəaliyyət göstərir.
502