Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb

Qafar Ağayev19:03 - 01 / 09 / 2024
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb.

1news.az xəbər verir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının saat 17:00 üçün açıqladığı məlumata görə, seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.

Paylaş:
430

Son xəbərlər

“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatdı - FOTOBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:23“akart” geniş fəaliyyətə başladı!Bu gün, 10:18Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49
Bütün xəbərlər