Vilayət Eyvazov Yevlaxda qəbul keçirəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən sentyabrın 19-da Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar və Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı sentyabrın 18-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
756