İlkin nəticələrə görə VII çağırış Milli Məclisə seçkilərdə qalib olan 36 yeni ad - SİYAHI
Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.
Ötən gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
Bəs görəsən, ilkin nəticələrə görə VII çağırış Milli Məclisə seçkilərdə qaliblər arasında hansı yeni simalar var?
1news.az xəbər verir ki, VII çağırış Milli Məclisdə 36 yeni ad var, həmin adları təqdim edirik.
1. 6 saylı Ordubad-Culfa seçki dairəsi - Rəhimzadə Vüqar Gəncəli oğlu;
2. 10 saylı Binəqədi üçüncü seçki dairəsi - Musayev Elşad Nəbi oğlu;
3. 13 saylı Xəzər ikinci seçki dairəsi - Paşayeva Gülşən Məmmədəli qızı;
4. 14 saylı Xəzər-Pirallahı seçki dairəsi - Əfəndiyeva Günay Elçin qızı;
5. 17 saylı Yasamal üçüncü seçki dairəsi - Qəhrəmanov Göydəniz İbrahim oğlu;
6. 20 saylı Nərimanov ikinci seçki dairəsi - Vəliyev Samir Əhməd oğlu;
7. 25 saylı Nizami ikinci seçki dairəsi - Əhmədov Əli Cavad oğlu;
8. 27 saylı Sabunçu ikinci seçki dairəsi - Əli-zadə Arzuxan Baxşəli oğlu;
9. 29 saylı Sabunçu dördüncü seçki dairəsi - Allahverənov Azər Kərim oğlu;
10. 31 saylı Suraxanı ikinci seçki dairəsi - Məmmədov Qaya Məmməd oğlu;
11. 35 saylı Xətai üçüncü seçki dairəsi - Vəliyeva Pərvanə Bulut qızı;
12. 44 saylı Sumqayıt üçüncü seçki dairəsi - Vəliyeva Mehriban Hidayət qızı;
13. 45 saylı Sumqayıt dördüncü seçki dairəsi - Salmanova Səbinə Qədir qızı;
14. 46 saylı Sumqayıt beşinci seçki dairəsi - Akimova Elnarə Seydulla qızı;
15. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsi - Şükürov Zaur Ramiz oğlu;
16. 48 saylı Abşeron birinci seçki dairəsi - Məmmədova Nigar Fikrət qızı;
17. 49 saylı Abşeron ikinci seçki dairəsi - Nəbiyev Rizvan Novruz oğlu;
18. 50 saylı Abşeron üçüncü seçki dairəsi - Namazov Ramid Zakir oğlu;
19. 51 saylı Şirvan seçki dairəsi - Əsədov Heydər Xanış oğlu;
20. 56 saylı Şabran-Xaçmaz seçki dairəsi - Süleymanlı Mahir Tahir oğlu;
21. 59 saylı Quba seçki dairəsi - Məhərrəmzadə Əlibala Səttar oğlu;
22. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi - Ağamalı Günay Fəzail qızı;
23. 70 saylı Neftçala seçki dairəsi - Rüstəmxanlı Tənzilə Yolçu qızı;
24. 77 saylı Lənkəran şəhər seçki dairəsi - İsmayılzadə Fariz Akif oğlu;
25. 80 saylı Lerik-Astara seçki dairəsi - Qafarov Vasif Vaqif oğlu;
26. 82 saylı İmişli-Saatlı seçki dairəsi - Salahlı Səyyad Adil oğlu;
27. 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi - Seyidzadə Şahin Kamil oğlu. Qeyd edək ki, Şahin Seyidzadə VI Milli Məclisdə təmsil olunsa da, 3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunduğu üçün deputat mandatı ləğv olunub;
28. 90 saylı Ağsu seçki dairəsi - Mirzəbəyli Elçin Əbdülrəhim oğlu;
29. 96 saylı Goranboy-Naftalan seçki dairəsi - Bədəlov Bədəl Şamil oğlu;
30. 101 saylı Samux-Şəmkir seçki dairəsi - Qurbanlı Mübariz Qəhrəman oğlu;
31. 108 saylı Ağstafa seçki dairəsi - Əmiraslanov Azər Kamal oğlu
32. 112 saylı Zaqatala seçki dairəsi - Əsgərov Asif Yunis oğlu;
33. 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi - Qurbanov Eyvaz Daşdəmir oğlu;
34. 121 saylı Laçın seçki dairəsi - Muradov Rövşən Şahbaz oğlu;
35. 123 saylı Kəlbəcər seçki dairəsi - Qasımlı Mircəlil Xəqani oğlu;
36. 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi - Bülbüloğlu Polad.