Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb

09:49 - 02 / 09 / 2024
Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Kərimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxsdən 5 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Paylaş:
315

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər