Metronun “Nizami” stansiyasında qatarda nasazlıq yarandı, xəttə ehtiyat qatar buraxıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “Nizami” stansiyasında qatarda nasazlıq yarandı, xəttə ehtiyat qatar buraxıldı

Qafar Ağayev17:20 - 03 / 09 / 2024
Metronun “Nizami” stansiyasında qatarda nasazlıq yarandı, xəttə ehtiyat qatar buraxıldı

"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Xəttə dərhal ehtiyat qatar buraxılıb.

Paylaş:
400

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər