Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Qafar Ağayev10:12 - 03 / 09 / 2024
Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsidir.

1news.az xəbər verir ki, İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 7421 sayda kolonoskopiya müayinəsi icra olunub.
Təkrarlanan qarın ağrısı, qəbizlik və ishal halları, nəcisdə qan görülməsi, səbəbsiz çəki itirilməsi, dəmir defisitli anemiya və s. kimi simptomlar bu müayinə metodu üçün göstəriş hesab oluna bilər.

Yoğun bağırsağın müayinəsi məqsədilə rentgen, KT, nəcis analizi və digər müayinələr edilə bilər. Bu müayinələr həzm sisteminin vəziyyəti barədə bir sıra məlumatlar versə də, kolonoskopiya qədər dəqiq nəticələr əldə etmək mümkün olmur.

Kolonoskopiya zamanı ucunda işıqlı kamera olan rezin boru vasitəsilə yoğun bağırsaq vizual (videogörüntülü) müayinə edilir. Bu da iltihabi bağırsaq xəstəlikləri, yoğun bağırsaq qanamaları və xərçəngin aşkarlanmasına imkan verir.

Kolonoskopiya ilə diaqnozun dəqiqləşdirilməsi, həmçinin cərrahi müdaxilələrin icrası mümkündür. Məsələn, kolonoskopiya bağırsaqda poliplər aşkarlandığı halda onların kəsilərək götürülməsinə, bağırsaq divarında patologiya aşkar edildikdə şübhəli sahələrdən bioptat götürməyə və digər prosedurları icra etməyə imkan verir. Bu da xəstəliklərin erkən aşkarlanmasına dəstək olaraq xərçəngin qarşısının alınmasına yardımçı olur. 40 yaşdan yuxarı hər kəsə xərçəng xəstəliyinin profilaktikası üçün kolonoskopiya müayinəsi məsləhət görülür. Kolonoskopiya zamanı patoloji hal aşkar edilmədikdə pasiyentə 5 ildən bir profilaktik müayinə məsləhət görülür. Qeyd edək ki, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də icbari tibbi sığorta hesabına aparılır.

Kolonoskopiyaya pasiyent öncədən hazırlanmalıdır. Müayinədən 1 gün əvvəl qastroenteroloqun təyin etdiyi dərmanla pasiyentin bağırsağı təmizlənməli və ya müayinə günü imalə olunmalıdır. Kolonoskopiya təxminən 15-60 dəqiqə aralığında davam edir. Pasiyentin rahat kolonoskopiya olması üçün prosedur sedasiya (anesteziya) ilə icra edilir.

Anesteziyanın təsiri aradan qalxana qədər pasiyent (1 saata kimi) müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Vurğulayaq ki, kolonoskopiya zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.
Kolonoskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Paylaş:
103

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər