Paytaxtın daha bir küçəsində avtonəqliyyat vasitələri üçün hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın daha bir küçəsində avtonəqliyyat vasitələri üçün hərəkət tam məhdudlaşdırılacaq

Qafar Ağayev11:52 - 03 / 09 / 2024
Paytaxtın daha bir küçəsində avtonəqliyyat vasitələri üçün hərəkət tam məhdudlaşdırılacaq

4 sentyabr saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər