“YAŞAT” Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“YAŞAT” Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb

Qafar Ağayev16:28 - 04 / 09 / 2024
“YAŞAT” Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb

“YAŞAT” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə gerçəkləşən şəhid ailə üzvlərinin Ankara səfəri başa çatıb.

Fonddan 1news.az-a verilən məlumata görə, 30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan layihə çərçivəsində Cebeci Hərbi Şəhidliyi və Hacı Bayram Vəli məscidi ziyarət olunub.

İştirakçılar Türkiyə Respublikasının banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbiri ziyarət ediblər. Anıtqəbir məqbərəsi inşa olunana kimi Atatürkün nəşinin qorunduğu Ankara Etnoqrafiya Muzeyi də ziyarət olunub.

Ekskursiya çərçivəsində Batıkənd rayonu və Ankaranın Heydər Əliyev parkı ziyarət olunub.

Qonaqlar TÜİB-in Ankara ofisinə baş çəkib, ardınca rəsmi şam yeməyinə qatılıblar. Şəhid ailələri ilə görüşdə Ədalət və İnkişaf Partiyasının sədr müavini Mustafa Şen, əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, kənd təsərrüfatı və meşə nazirinin müavini Abubekir Gizligider, Türkiyə Respublikasının Ombudsmanı Şeref Malkoç da yer alıblar.

Layihə iştirakçıları səfər çərçivəsində “Türkiye Harp Malulü Gaziler Şehit Dul ve Yetimleri Derneği” və Türkiye Muharip Gaziler Derneyi"nin sədri və nümayəndələri ilə də görüşüblər.

Layihə Azərbaycan - Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Paylaş:
798

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər