Bərdədə 31 yaşlı kişi kanalda batıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə 31 yaşlı kişi kanalda batıb - VİDEO

15:24 - 05 / 09 / 2024
Bərdədə 31 yaşlı kişi kanalda batıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Cəyirli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Hazırda batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
324

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər