Köməyə çağırış: İkiaylıq körpə ölümlə mübarizə aparır, əməliyyatı üçün üç min manata ehtiyacı var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Köməyə çağırış: İkiaylıq körpə ölümlə mübarizə aparır, əməliyyatı üçün üç min manata ehtiyacı var - FOTO

17:00 - 05 / 09 / 2024
Köməyə çağırış: İkiaylıq körpə ölümlə mübarizə aparır, əməliyyatı üçün üç min manata ehtiyacı var - FOTO

Körpə Hüseynin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə 1news.az-a onun anası Yasəmən Əhmədova məlumat verib.

O bildirib ki, övladı iyunun 21-də dünyaya gəlib:

"İyunun 21-də mənim əkiz övladlarım Hüseyn və Həsən dünyaya gəliblər. Həsənin sağlamlığı yerində olsa da, Hüseynin vəziyyəti ağır olaraq doğulub. Ana bətnində olanda onun bağırsaqlarının çöldə olduğunu müşahidə etdik. Həkimlər belə uşağın tam sağlam doğulub, əməliyyatla normal həyata qayıda biləcəyini dedilər. Lakin Hüseyn doğulanda biz onun qarın divarının digər anadangəlmə inkişaf qüsuru olduğunu və dəqiqləşdirilməmiş spina-bfida xəstəliyi olduğunu öyrəndik. Hüseynin cinsiyyət orqanı tamamilə parçalanıb, onun cinsiyyətinin hamiləlik dövründə oğlan olduğu deyilmişdi".

Gənc ana övladının əməliyyatı üçün maddi dəstəyə ehtiyacları olduğunu deyib:

"Hüseyn dünyaya gələndə onun 10 gündən artıq yaşamayacağını dedilər. Amma şükür ki, o artıq iki aydan çoxdur ki, həyatla mübarizə aparır. Bir çox həkimlərə müraciət etsək də, demək olar ki, heç biri bizi qəbul etmədi. Tək bir həkim bizi qəbul edib, o da Hüseynin ilk əməliyyatı üçün 15 min manat lazım olduğunu deyib. Hazırda bu məbləğin cəmi 12 min manatını toplaya bilmişik. Ayın 21-i oğlum 3 aylıq olacaq. Həkim ayın 21-ə kimi əməliyyat edilməli olduğunu deyib. Yoldaşım sürücü işləyir, özüm isə evdar qadınam. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 562-56-05.

Azərbaycan Beynəlxalq Bankı: 5522 0993 6875 6086

Paylaş:
175

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilibBu gün, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya veribBu gün, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcəkBu gün, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTOBu gün, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTOBu gün, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölübBu gün, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan KonstitusiyasıdırBu gün, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqBu gün, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşübBu gün, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTOBu gün, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunubBu gün, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilibBu gün, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcəkBu gün, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıbBu gün, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıbBu gün, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildiBu gün, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12
Bütün xəbərlər