TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək

Qafar Ağayev17:37 - 09 / 09 / 2024
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Ədliyyə Nazirləri Şurasının ilk iclasında iştirak edib.

Tədbirdə çıxış edən Fərid Əhmədov ədliyyə sahəsində üzv dövlətlərlə çoxtərəfli formatda əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Ötən dövr ərzində Azərbaycan və Türk dövlətləri arasında elektron ədliyyə xidmətləri, notariat fəaliyyəti, məhkəmə ekspertizası, cəza-icra sistemi və kadr hazırlığı sahəsində ikitərəfli əməkdaşlığa dair çoxsaylı sənədlərin imzalandığını qeyd edən nazir, Ədliyyə Nazirləri Şurasının üzv dövlətlər arasında sahə üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində effektiv platforma olacağını bildirib.

Toplantıda üzv dövlətlər arasında çoxtərəfli əməkdaşlıq üçün perspektivlər, ədliyyə sahəsində rəqəmsallaşmanın əhəmiyyəti, hüquqi sahədə yeni razılaşmaların əldə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Nazirlər görüşün yekununda Azərbaycan tərəfinin də təklifləri nəzərə alınmaqla hazırlanmış “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ədliyyə Nazirlərinin ilk Şurasının Nəticələrinə dair Birgə Bəyannamə” imzalayıb və TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının 2025-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə qərar qəbul ediblər.

Həmçinin tədbir çərçivəsində Fərid Əhmədov üzv ölkələrin ədliyyə nazirləri ilə də ikitərəfli görüşlər keçirərək, əməkdaşlığa dair müzakirələr aparıb.

Paylaş:
142

Son xəbərlər

DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlərBu gün, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQBu gün, 16:54Laçında tramvay xətti çəkiləcəkBu gün, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48
Bütün xəbərlər