ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTO
Müasir dünyada noutbuklar, xüsusən tələbələrin və yaradıcı insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Onları bizi təhsildə, işdə, yeni ideyaların yaradılmasında və əlbəttə ki, oyunların mühüm elementə çevrildiyi asudə vaxtımızda müşayiət edirlər. Müasir texnologiyalar inkişaf edir və bütün bu ehtiyacları eyni anda ödəyə bilən cihazlar təklif etməyə davam edir.
2024-cü ilin istehsalı olan ROG Zephyrus G16 noutbuku da məhz belə bir cihazdır. OLED displeyinə malik olan ilk ROG noutbuku kimi o gücü, üslubu və funksionallığı özündə birləşir, istər təhsil, istər yaradıcılıq, istərsə də əyləncəli oyun seansları kimi hər şeydə mükəmməlliyə can atanlar üçün ideal həll təqdim edir. Bu məqalədə ROG Zephyrus G16 (GA605) noutbukunun necə əvəzolunmaz yol yoldaşınız ola biləcəyi barədə söhbət açacağıq.
Qeyd edək ki, 2006-cı ildə əsası qoyulmuş ASUS brendi olan “Republic of Gamers” (ROG) premium keyfiyyətli oyun məhsulları - ana platalar, videokartlar, noutbuklar və digər qurğular təqdim edir. ROG kiberidmanda və overlokinq rekordlarının müəyyən edilməsində fəal iştirak edir. Məqaləmizin baş qəhrəmanı olan ROG Zephyrus isə maksimum universallıq üçün nəzərdə tutulmuş yüksək performanslı oyun noutbukudur. Yüksək səviyyəli konfiqurasiyanı, premium keyfiyyətli materialları və ən son mühəndislik nailiyyətlərini özündə birləşdirməsi onu təkcə oyunlar üçün deyil, həm də gündəlik işlər üçün ideal alətə çevirir. Yığcamlıq, güc və yüksək keyfiyyətli OLED matrisi olan “ROG Nebula” sizə istənilən yerdə rahat işləməyə və yaradıcılıqla məşğul olmağa imkan verir. Zephyrus G16 tələbələrdən və proqramçılardan tutmuş rəssamlara və redaktorlara qədər geniş auditoriya üçün nəzərdə tutulub.
AMD platformasında çalışan yeni ROG Zephyrus G16 (GA 605) köklənə bilən diaqonal “Slash Lighting” LED zolaqlı incə alüminium korpusa malikdir. Korpus yüksək dəqiqlikli CNC qurğusunda hazırlanır və 8 emal mərhələsindən keçir. Daxili dinamiklər 25% böyüdülüb və sələfindən 47% daha yüksək səs gurluğuna malikdir. Rahat istifadə üçün klaviatura və sensor paneli də böyüdülüb.
Noutbuk platindən ilhamlanaraq yaradılan yeni “Platinum White” rəngində təklif olunur. 1,49 sm qalınlığa və 1,85 kq çəkiyə malik noutbuk eleqantlığı və yüksək performansı özündə birləşdirir.
AMD Ryzen™ AI 9 HX 370 prosessoru və Ryzen AI XDNA 2 neyron prosessoru ilə təchiz edilmiş ROG Zephyrus G16 (GA 605) qabaqcıl süni intellekt kompüteridir. 12 nüvəsi, 24 axını və 50 TOPS performansı sayəsində o, “Windows Copilot” alətləri də daxil olmaqla, süni intellekt proqramlarında üstün performansı təmin edir.
321 TOPS performansa və 105 Vt-luq termopaketə malik NVIDIA GeForce RTX™ 4070 videokartı süni intellekt proqramlarını və oyunların performansını xeyli yaxşılaşdırır. O, DLSS 3 və “Reflex” texnologiyalarını dəstəkləyir ki, bu da “Dota 2” və “Fortnite” daxil olmaqla 500 oyunda kadrların sayını iki dəfə artırmağa və “input-lag”ı azaltmağa imkan verir. Bu funksiyalar noutbuku oyunlar və yaradıcılıq tətbiqləri üçün əla seçim edir.
GeForce RTX 40 videokartları “Adobe Firefly” və yenilənmiş “Windows” proqramlarında istifadə edilən generativ süni intellekt və neyron şəbəkə alətlərini sürətləndirir. Bu, gündəlik işlərə sərf etdiyiniz vaxta qənaət etməyə və əsas diqqəti yaradıcılığa yönəltməyə kömək edir. Artıq 120-dən çox proqram süni intellekt sürətləndirilməsi və şüa izlənməsindən istifadə edir ki, bu da ROG Zephyrus G16 noutbukunu geymerlər, məzmun yaradıcıları və proqramçılar üçün əvəzolunmaz alətə çevirir. Onun süni intellekt göstəricisi 402 TOPS təşkil edir ki, bu da sizə eyni anda bir neçə süni intellekt proqramını işə salmağa imkan verir.
Zephyrus G16, ROG Nebula OLED displeyi ilə təchiz edilmiş ilk ROG oyun noutbukudur. Onun ekranı 240Hz yeniləmə tezliyinə və 2,5K genişlənməyə malikdir ki, bu da hətta dinamik oyunlarda belə detallı təsvirlər və əla qrafika əldə etməyə imkan verir. “Samsung” və NVIDIA ilə birlikdə panel hərəkət edən obyektlərin aydın əks olunması üçün G-SYNC dəstəyinə malikdir. Displey 16:10 ölçü nisbətinə, VESA DisplayHDR™ True Black 500 sertifikatına və 1.000.000:1 kontrastlığa, həmçinin 100% DCI-P3 əhatə dairəsinə və 1-dən aşağı “Delta-E” rəng ötürülməsi dəqiqliyinə malikdir. Reaksiya müddəti cəmi 0,2 ms təşkil edir ki, bu da artefaktları aradan qaldırmağa və oyunlarda yüksək ekran dəqiqliyini təmin etməyə imkan verir.
Son dərəcə nazik oyun noutbukları üçün soyutma sistemi çox vacib elementdir. Zephyrus G16 noutbukunda bu element təkmilləşdirilib və ona CPU üçün maye-metal termal interfeysi olan 2-ci nəsil “Arc Flow” ventilyatorları daxil edilib. Üçüncü ventilyator isti havanı GPU və digər komponentlərdən uzaqlaşdırmağa kömək edir, uzun oyun seansları və ya renderinq zamanı effektiv soyutmanı təmin edir. Bu sistem kompakt korpusa yerləşdirilmiş güclü komponentlərin potensialını üzə çıxarmağa imkan verir.
ROG Zephyrus G16 akustika sistemi 100Hz-dək dərin bas səslənməni təmin edən təkmilləşdirilmiş aşağı tezlikli dinamiklər sayəsində aydın və güclü səslənməyə şərait yaradır. İstər podkast olsun, istərsə də oyun sessiyası zamanı noutbuk hər zaman gur və keyfiyyətli səslənməyə zəmanət verir.
Yekunda əminliklə deyə bilərik ki, ROG Zephyrus G16 yüksək performanslı noutbuklar dünyasında əsl sıçrayış deməkdir. ROG Zephyrus G16 tələbələr, yaradıcı şəxslər və geymerlər üçün kompakt və yüngül dizaynda güclü performans təklif edən güclü, universal və dəbli həlldir. Bu noutbukla siz texnologiyaların sürətlə inkişaf etdiyi dünyada daim bir addım öndə olmaqla, istər iş, istər təhsil, istərsə də əyləncə kimi istənilən tapşırığın öhdəsindən asanlıqla gələ bilərsiniz.
Reklam hüququnda