Formula 1 Azərbaycan Qran Prisində sərbəst yürüşlər başlayıb

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşləri start götürüb.
1news.az-ın məlumatına görə, yarışda 10 komanda iştirak edir.
Xatırladaq ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.
13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.
Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.
Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.
1968