Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub

Qafar Ağayev14:19 - 16 / 09 / 2024
Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub

Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci Səviyyə (Reduction) Sertifikatına layiq görülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu akkreditasiya son üç ildə karbon tullantılarının azaldılmasını təsdiq edərək, Bakı aeroportunun dayanıqlı inkişaf və iqlim dəyişikliyinin təsirinin azaldılması üzrə strateji addımını nümayiş etdirir.

ACA proqramı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən yaradılıb və hava limanlarında karbon tullantılarının azaldılmasına yönəlmiş yeganə ixtisaslaşmış proqramdır. Bakı hava limanı ilkin mərhələni (Mapping) tamamlayaraq 2-ci Səviyyəyə (Reduction) nail olub və su təchizatı, istilik, havalandırma, işıqlandırma və kondisionerləşdirmə sistemlərinin modernləşdirilməsini uğurla həyata keçirib. Bu tədbirlər R-22 soyuducusunun və civə buxarının istifadəsini aradan qaldıraraq karbon izinin daha da azaldılmasına töhfə verib.

“Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycanın ən işlək hava limanı olaraq, ölkədə ilk dəfə birbaşa 2-ci səviyyə “Azaltma” (Reduction) üzrə ACA akkreditasiyasını alması qürurverici bir hadisədir. Qarşıdan gələn COP29 konfransının nümayəndələrinin əsas gəliş məntəqəsi olaraq, bu akkreditasiya hava limanı sənayesinin iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün dünya miqyasında göstərdiyi davamlı səyləri əks etdirir. Birbaşa 2-ci səviyyədə sertifikatlaşdırma o deməkdir ki, hava limanı 1-ci və 2-ci kateqoriyalar üzrə tullantıların azaldılması üzərində fəal işləyir və hava nəqliyyatının dayanıqlı gələcəyinə töhfə verir. Bu mühüm nailiyyətə görə bütün komandaya əhsən», - Avropa Hava Limanları Şurasının (ACI Europe) baş direktoru Olivye Yankovets bildirib.

“Heydər Əliyev Beynəlxalq Aeroportu fəaliyyətinin ətraf mühitə minimal təsir göstərməsinə və belə bir hal baş verərsə, onun nəticələrinin minimuma endirilməsinə çalışır. ACA proqramının əsas prinsiplərinə uyğun olaraq, ekoloji təşəbbüsləri inkişaf etdirmək və qlobal davamlılıq məqsədlərinə töhfə verməklə daha yüksək karbon akkreditasiyası səviyyəsinə nail olmaq niyyətindəyik”, - deyə Bakı aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.

Hava limanının cari dayanıqlı inkişaf hədəflərinə karbon akkreditasiyası üzrə 3-cü Səviyyəyə (Optimisation) yüksəlmək daxildir. Bu mərhələ karbon tullantılarının optimallaşdırılması və bütün maraqlı tərəflərlə fəal əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, ACA proqramı hava limanlarının karbon tullantılarını idarəetmə və azaltma səylərini yeddi sertifikatlaşdırma səviyyəsi vasitəsilə qiymətləndirir və tanıyır: “Xəritəçəkmə” (Mapping), “Azaltma” (Reduction), “Optimallaşdırma” (Optimisation), “Neytrallıq” (Neutrality), “Transformasiya” (Transformation), “Keçid” (Transition) və 5-ci Səviyyə (Level 5).

Paylaş:
120

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər