Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib

Qafar Ağayev09:23 - 17 / 09 / 2024
Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edib

Sentyabrın 16-da Azərbaycan Respublikasının Nepala yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Ramçandra Paudelə təqdim edib.

Azərbaycan Respublikasının Nepaldakı səfirliyindən 1news.az-a verilən məlumata görə, rəsmi təqdimetmə mərasimindən sonra səfiri qəbul edən Prezident Paudel təyinatı münasibətilə onu təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib. Hər ikisinin sülhpərvərlik və bitərəflik ideyalarına sadiq ölkələr olduğunu, bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinə Nepalın dəstək göstərdiyini qeyd edib. O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirib.

Səfir E.Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Ramçandra Paudelə çatdırıb. Minnətdarlığını bildirən Nepalın dövlət başçısı öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.

Səfir gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək Azərbaycan və Nepal arasında ikitərəfli müstəvidə son illərdə irəliləyişlərin baş verdiyini bildirib, bir çox sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan tam şəkildə istifadə olunacağına ümid ifadə edib.

Səfir Azərbaycanın həm ikitərəfli əsasda, həm də 2019-2023-cü illərdə sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində Nepal və digər az inkişaf etmiş ölkələrə yardımlar göstərdiyini, onların üzləşdiyi təhdidləri önə çəkərək cavab tədbirləri üzrə konkret addımlar atdığını qeyd edib. O, bu yanaşmanın COP29-un ev sahibi kimi ölkəmiz tərəfindən davam etdirildiyini vurğulayıb.

Bu kontekstdə, səfir Nepal Prezidentinin Azərbaycan Respublikasının Prezidentinin dəvəti əsasında COP29-da çərçivəsində İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Bakıya səfər edəcəyinə, ölkəsinin Azərbaycanın iqlim dəyişikliyi üzrə fəaliyyət və təşəbbüslərini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.

Cavab olaraq Prezident Paudel COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, Nepalın İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində təmsil olunacağını diqqətə çatdırıb.

Paylaş:
88

Son xəbərlər

Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07
Bütün xəbərlər