COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Qafar Ağayev09:38 - 20 / 09 / 2024
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olunacaq.

1news.az xəbər verir ki, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Qeyd olunur ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı mühüm irəliləyiş əldə olunub.

Son yeniliklərə Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması daxildir. Bundan əlavə, sərnişindaşınmanın asanlaşdırılması üçün 350 elektrik avtobusu nəzərdə tutulub, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Paylaş:
165

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər