Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

15:13 - 21 / 09 / 2024
Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

Astara rayonunda 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Astara rayonunun Seləkəran kəndi ərazisində baş verib.

Lənkəran rayonu Gərmətük qəsəbə sakini, 1987-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov qazıntı işləri apararkən ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
254

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər