Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Qafar Ağayev16:34 - 24 / 09 / 2024
Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
261

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər