İtaliyanın müdafiə naziri Azərbaycana səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İtaliyanın müdafiə naziri Azərbaycana səfər edib

Qafar Ağayev10:11 - 24 / 09 / 2024
İtaliyanın müdafiə naziri Azərbaycana səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

1news.az xəbər verir ki, İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb.
İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər