QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTO

Qafar Ağayev10:21 - Bu gün
QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTO

22 sentyabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində “Qarabağ gecəsi - Şuşa” adlı xeyriyyə konserti keçirilib.

QDF-dən 1news.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan və QDF tərəfindən “YAMAHA” istehsalı olan böyük konsert royalının Şuşa şəhərinə hədiyyə edilməsinə həsr edilən konsertdə dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib:

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra işğaldan azad edilən ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri aparılır. Artıq ənənə halını alan “Qarabağ gecəsi” xeyriyyə konserti də doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə keçirilir.

Bu konsert artıq 3 dəfə Bakı və Gəncə şəhərlərində keçirilib və məhz onun keçirilməsindən əldə edilən ianələr hesabına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın tövsiyəsi ilə bu gözəl royal musiqi aləti alınaraq Şuşa şəhərinə hədiyyə edilib.

Onu da bildirim ki, həm öncəki konsertlər, həm də bugünkü konsert maestro Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirilib. İnanıram ki, bu gün Şuşa şəhərinə hədiyyə edəcəyimiz bu musiqi aləti Şuşanın əvvəlki musiqi şöhrətini özünə qaytarmasına böyük töhfə verəcək”.

Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünya şöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Dünya şöhrətli tenor Yusif Eyvazov Azərbaycan klassik musiqisi ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını böyük məharətlə ifa edib.

Eyni zamanda maestro Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası və “Ave Maria” əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konserdən sonra Şuşa şəhər sakini, filologiya elmləri doktoru İlhami Cəfərsoylu çıxış edərək işğaldan azad edilmiş ərazilərin, o cümlədən Şuşa şəhərinin bərpasına verdikləri töhfəyə görə konsertin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə təşkil olunan “Qarabağ gecəsi” xeyriyyə konsertinin keçirilməsi fondun müxtəlif illərdə korporativ donorları, o cümlədən “Avrora Qrup”, “İTALDIZAYN” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC və “Reform Group” MMC-nin dəstəyi ilə təşkil olunub.

Paylaş:
54

Son xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi açılışı olan “ADEX” Beynəlxalq Müdafiə Sərgisinində iştirak edib - FOTOBu gün, 13:07Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:05Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 12:44Ötən ay 191 176 nəfərə pensiya və müavinət ödənilibBu gün, 12:37Ağdamda istehsalat müəssisələrinin Azərbaycan iqtisadiyyatına təsirləri – “Bu,yeni ixrac imkanları deməkdir” - ŞƏRHBu gün, 12:31Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıbBu gün, 12:09Beynəlxalq axtarışda olan altı nəfər Azərbaycana ekstradisiya edilibBu gün, 12:04Bu gün Əminə Yusifqızının doğum günüdürBu gün, 11:54FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12
Bütün xəbərlər