AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVAB
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin fəaliyyətinə təsir göstərməyəcək.
Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib.
Noyabrın 11-dən 22-nə kimi keçiriləcək COP29 tədbiri zamanı bütün beynəlxalq uçuşlar müəyyən olunmuş cədvələ uyğun olaraq normal rejimdə yerinə yetiriləcək və heç bir reysin ləğv edilməsi nəzərdə tutulmayıb.
Sərnişinlər səyahətlərini mövcud uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər.
503