Bu gün Əminə Yusifqızının doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Əminə Yusifqızının doğum günüdür

11:54 - 24 / 09 / 2024
Bu gün Əminə Yusifqızının doğum günüdür

Bu gün Azərbaycan mədəniyyətinin sevilən simalarından biri, bədii qiraət ustası, istedadlı aktrisa, Xalq artisti Əminə Yusifqızının ad günüdür.

1news.az Oxu.Az-a istinadən xatırladır ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda, ziyalı ailəsində dünyaya göz açıb.

Hələ məktəb illərindən Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayan Əminə Yusifqızı istedadı və zəhməti sayəsində qısa zamanda böyük uğurlar qazanıb. O, burada müxtəlif obrazları ustalıqla canlandıraraq tamaşaçıların rəğbətini qazanıb.

1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışan sənətkar 100-dən çox tamaşada yaddaqalan rollar ifa edib. Onun Şekspir, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər dünya və Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar bu gün də teatr tarixinin qızıl səhifələrində öz əksini tapır.

1974-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib. Onun səsləndirdiyi personajlar kinomuzun ən sevilən surətləri sırasındadır.

O, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

Əminə Yusifqızı həm də professional bədii qiraət ustası kimi böyük şöhrət qazanıb. O, şeir və musiqi gecələrinin, müxtəlif tədbirlərin əvəzsiz iştirakçısı olub. Onun ifasında səslənən şeirlər bu gün də dillərdə əzbərdir.

Görkəmli sənətkar bir sıra dövlət mükafatlarına, fəxri adlara layiq görülüb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Paylaş:
610

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər