Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

09:35 - 24 / 09 / 2024
Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblar

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı cibgirlik edən, əvvəllər dəfələrlə məhkum olunmuş Tahir Abdullayev və Səlvər Salmanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, onların rayon ərazisində yerləşən bazarda zərərçəkənlərdən birinin cibində olan 3400 manatı oğurladıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bu şəxslərin əməllərindən zərər görən başqa vətəndaşlar varsa polis orqanlarına məlumat verə bilərlər.

Paylaş:
156

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər