“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”
“Alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon qiymətqoyma üzrə Beynəlxalq Forumda deyib.
“Azərbaycan bərpa olunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Bu sektora xarici sərmayələr cəlb etmişik, günəş və külək elektrik stansiyaları inşa edirik. Azərbaycan aşağı karbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, yaşıl hidrogen, bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır. Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”.
135