2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib

15:12 - Bu gün
2024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib

TƏBİB və tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən Vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində görülən işlər davam etdirilir.

1news.az xəbər verir ki, Vətən müharibəsində şəhid olan insanlarımızın ailə üzvlərinin sağlamlığı daim diqqət mərkəzində saxlanılır.

Məlumat üçün bildirək ki, 2024-cü ilin 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 5 638 şəhid ailəsi üzvündən 36 918 müraciət daxil olub. Bu müraciətlər əsasında şəhid ailə üzvlərinə 127 856 müxtəlif adda tibbi xidmət göstərilib.

Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.

“YAŞAT” fondu tərəfindən Hepatit B, C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailəsi üzvü olan vətəndaşların dərman vasitələrilə təmin olunmaları üçün 99 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.

TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı Mərkəzindən daxil olmuş 461 müraciət araşdırılaraq cavablandırılıb.

Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri və o cümlədən müharibə iştirakçıları ilə iş üzrə 156 nəfər koordinator çalışır.

Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri və o cümlədən müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinə aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək göstərilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.

Həmçinin koordinatorlar tərəfindən müəyyən vaxt intervalı gözlənilməklə Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinə mütəmadi zənglərin olunması, bu zənglərə əsasən tibbi xidmətə ehtiyacı olanların vaxtında müayinə və müalicə prosedurlarına cəlb olunması təmin edilib.

Paylaş:
61

Son xəbərlər

DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEOBu gün, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıbBu gün, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədirBu gün, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblərBu gün, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcəkBu gün, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİBBu gün, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldıBu gün, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edibBu gün, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilibBu gün, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparırBu gün, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİBBu gün, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilibBu gün, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandıBu gün, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edibBu gün, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıbBu gün, 13:01DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıbBu gün, 12:45ABŞ səfiri: “Davamlı sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik” - FOTOBu gün, 12:36Ceyhun Bayramov mərakeşli həmkarını regiondakı vəziyyət barədə məlumatlandırıbBu gün, 12:32Prezident İlham Əliyev Zəfər parkında olub - FOTO - YENİLƏNİBBu gün, 12:15Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşımBu gün, 12:12
Bütün xəbərlər