Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTO

10:52 - Bu gün
Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTO

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının koordinasiyası və ev sahibliyi, Agro Dairy-nin qızıl sponsorluğu ilə 24-25 ​​sentyabr tarixlərində Bakı şəhərində “IAOM EURASIA” Konfransı və Sərgisi baş tutdu.

Bakı şəhərində ilk dəfə, ümumilikdə isə 3-cü dəfə keçirilən Beynəlxalq Əməliyyatçı Dəyirmançılar Assosiasiyası (IAOM) Konfransının açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə yanaşı, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqov, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, Agro Dairy-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, IAOM Amerika Birləşmiş Ştatları prezidenti Fran Çörçil və IAOM Avrasiya direktoru Eren Günhan Ulusoy nitq söylədilər.

Regionun 32 ölkəsindən buğda və un sənayesinin lider və peşəkarlarını bir araya gətirən təşkilatın növbəti konfransında “Avrasiya regionunda taxıl bazarlarının makroiqtisadi təsiri”, “Qafqaz regionunda taxıl və un bazarının dinamikası”, “İnnovasiyanın və rəqəmsal transformasiyanın irəli aparılması”, “Dəyirmançıların dayanıqlıq perspektivi” mövzularında sahə üzrə lider və peşəkarların iştirakı ilə panel müzakirələr aparıldı.

250 şirkət və 500 nəfər nümayəndənin iştirakı ilə baş tutan tədbirin sərgi hissəsində taxıl istehsalçıları, un emalçıları və ticarət nümayəndələri bir araya gələrək əməkdaşlıq münasibəti qurma şansı əldə etdilər.

Ölkəmizdə keçirilməsi böyük önəm kəsb edən IAOM Eurasia Konfrans və Sərgisi dənli bitkilərin emalı və müvafiq avadanlıqların istehsalı sənayeləri üzrə maraqlı tərəfləri bir araya gətirərək, müasir bazar trendlərinin müzakirə edilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq münasibətlərinin qurulması və razılaşmaların əldə edilməsi üçün imkanlar təşkil etdi.

Qeyd edək ki, bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə əlaqədar olaraq, “IAOM EURASIA” Konfransı və Sərgisinin əsas mövzusu “Dəyişən İqlimdə Davamlı Ərzaq Təhlükəsizliyi” olmuşdur.

Reklam hüququnda

Paylaş:
55

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər