Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı

Qafar Ağayev17:45 - 01 / 10 / 2024
Asiya İnkişaf Bankı Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.

1news.az xəbər verir ki, “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görüləcək.

Layihə, həmçinin müştərilərin daşınma qiymətləri və vergi hesablamalarına çıxış əldə edə biləcəyi sistemin yaradılmasını əhatə edəcək. Bundan əlavə, rəqəmsallaşdırma həlləri ADY-nin büdcə planlaması və müqavilə idarəçiliyi kimi korporativ funksiyalarının təkmilləşdirilməsi üçün tətbiq olunacaq.

ADY-nin transformasiya prosesinin dayanıqlı icrasını dəstəkləyəcək rəqəmsallaşdırma layihəsinin əhatə edəcəyi spesifik istiqamətlər aşağdakılardır:

  • Yük-kommersiya sisteminin qurulması
  • Hərəkətə nəzarət sisteminin təkmilləşdirilməsi
  • Cari vəziyyət əsasında təmir idarəçiliyi sisteminin qurulması
  • Təkmilləşdirilmiş biznes davamlılığı, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi
  • Məlumat bazası modeli və inteqrasiya xəttinin yaradılması
  • Köhnəlmiş İT sistemlərinin istismardan çıxarılması və yenilənməsi

Qeyd edək ki, ADY-nin rəqəmsal transformasiyası beş əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və İT bacarıqlarının artırılması.

ADY, eyni zamanda, yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi üçün Lokomotiv Briqadasının İdarəetmə Sistemi (LBİS), Yük-Kommersiya Əməliyyatlarının İdarəetmə Sistemi (YKƏİS) və Yükdaşıma İdarəetmə Sistemi (YİS) kimi layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr birlikdə lokomotiv briqadalarının idarə edilməsinin optimallaşdırılmasına; qiymətlərin, müqavilələrin və müştəri əlaqələrinin idarə edilməsi üçün qabaqcıl vasitələrin tətbiqinə; məlumat analitikası və avtomatlaşdırılmış planlaşdırma alətlərinin tətbiqi ilə yüklərin idarə olunması və marşrutun optimallaşdırılması prosesinin təkmilləşdirilməsini təmin edəcək.

Bundan başqa, ADY hərəkətin təhlükəsizliyinə neqativ təsirlərin minimuma endirilməsi üçün insidentlərin idarə edilməsi sistemini rəqəmsallaşdırır. Təhlükəsizliklə bağlı proseslərin innovativ həlli gözlənilməz vəziyyətlərə operativ şəkildə reaksiya vermək imkanı yaradır. Nəticədə qatarların daha təhlükəsiz hərəkəti təmin edilir və iş səmərəliliyi artırılır.

AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf etmiş və müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.

AİB-in Nəqliyyat üzrə mütəxəssisi Nanyan Cou isə qeyd edib ki, bu maliyyələşdirmə ADY-nin əməliyyat və maliyyə performansını təkmilləşdirərək məlumatların idarə edilməsini sadələşdirəcək, aktivlərin idarə edilməsini və ümumi dəmir yolu əməliyyatlarını optimallaşdıracaq.

Paylaş:
93

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər