Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar

17:52 - 04 / 10 / 2024
Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar

Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, yığmanın heyətində Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Nəbi İsgəndərov (71 kiloqram) ikinci yeri tutub. Tayfur Əliyev (60 kiloqram) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, Aktauda Azərbaycanı hakimlərdən İlqar Qasımzadə təmsil edib.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər