“Push30” hesabları SİMA KYC ilə daha etibarlı! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

10:30 - 04 / 10 / 2024
“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “Push30” mobil tətbiqinə inteqrasiya olunub.

Artıq “Push30” istifadəçiləri SİMA KYC vasitəsilə öz hesablarından daha etibarlı şəkildə istifadə edə biləcəklər. Belə ki, istifadəçi xidmət məntəqəsinə (idman zalı, üzgüçülük mərkəzi, pilates salonu və s.) daxil olmazdan əvvəl onun identifikasiyası (üztanıma testi) aparılacaq. Üztanıma testi sayəsində şəxsin həqiqətən də “Push 30” istifadəçisi olub-olmadığı müəyyən ediləcək. Üz cizgiləri hesab sahibinin siması ilə üst-üstə düşməyən şəxslərin məntəqəyə girişinə icazə verilməyəcək.

Qeyd edək ki, inteqrasiyanın məqsədi “Push30” hesablarının başqaları tərəfindən ələ keçirilməsinin qarşısını almaq, eləcə də müştəri məmnuniyyətini təmin etməkdir.

SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA KYC ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
108

Son xəbərlər

Radio və televiziya işçilərinin peşə bayramı günüdürBu gün, 09:37AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:33Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutubBu gün, 09:20Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıbBu gün, 09:12Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 09:03FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30
Bütün xəbərlər