DİN: Ötən gün 32 cinayətin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 32 cinayətin üstü açılıb

10:42 - 05 / 10 / 2024
DİN: Ötən gün 32 cinayətin üstü açılıb

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər