“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı

10:22 - 07 / 10 / 2024
“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı

“Kontakt” mağazalar şəbəkəsinin böyük coşqu ilə davam edən “Şeş-Qoşa” kampaniyası yenə unudulmaz anlar yaşatdı! Kampaniyanın böyük final tədbirində möhtəşəm sürprizlər və həyəcan dolu anlar yaşandı, növbəti "Toyota Corolla Cross" avtomobili öz sahibini tapdı.

Bu şanslı iştirakçı isə evinin yaxınlığındakı “Kontakt”a sadəcə bir aspirator almağa gələn Ləman Mirzəyeva oldu! Oğlu Fatehin əlinin düşərli olduğuna inanan Ləman xanım o gözlənilməz anı belə ifadə edir:

“Bu gün həyatımın ən böyük hədiyyəsini aldım! Tamamilə oğlumun şansı olduğuna inanıram. Çünki o maşını mağazanın önündə gördüyü ilk gündən deyirdi ki,ana, bu maşın sənin olacaq. İlk şeşləri atanda onunla idim, finala da şeş-qoşa atmağa onunla gəldim. O əmin idi, mən isə narahat. Maşının açarlarını əlimdə tutana qədər inana bilmirdim ki, bu doğrudan da baş verir. Sabahdan sürücülük dərslərinə başlayıram”

Ləman xanımdan əlavə, finalda düz 16 nəfər iştirakçı kampaniyanın mükafatları uğrunda şanslarını sınayıb. Hər atışın səhnə monitorlarında və sosial mediada canlı yayımda nümayiş etdirildiyi bu tədbirdə cüt zərlər təkcə Ləman xanımın üzünə gülüb. Kampaniyanın “Hər kəs sevinəcək” devizinə uyğun olaraq isə digər iştirakçıların hər biri aldıqları məhsulun tam dəyərinin 100%-ni və "Kontakt"dan hədiyyə kartı qazandılar.

Tədbirin ən maraq doğuran tərəfi isə Xalq artisti Aygün Kazımovanın səhnəyə tamam fərqli obrazda çıxması oldu. “Kontakt” sevərləri və öz sevənlərini bir araya toplayan Kazımova hit ifaları ilə gecəyə xüsusi rəng qatdı və daha da önəmlisi, avtomobil qalibinə açarları şəxsən özü təqdim etdi. Pop-divanın sevinclə elan etdiyi başqa bir xəbər isə o oldu ki, "Şeş-Qoşa" kampaniyası noyabrın sonuna qədər uzadıldı! Yəni, yenə və yenidən iki böyük mükafat - “Toyota Corolla Cross” və “Sea Breeze”dən lüks mənzil qazanmaq imkanınız olacaq!

Odur ki, böyük hədiyyələr və sevinc dolu anlar yaşadan “Şeş-Qoşa” kampaniyası bütün sürəti ilə davam edir. Bu dəfə şanslılar siyahısında sizin də adınız ola bilər.

Daha ətraflı məlumat əldə etmək üçün bu keçidə daxil ola bilərsiniz.

Reklam hüququnda

Paylaş:
191

Son xəbərlər

Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq06 / 11 / 2024, 17:45Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək06 / 11 / 2024, 17:39Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib - FOTO06 / 11 / 2024, 17:22Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb06 / 11 / 2024, 17:20Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur06 / 11 / 2024, 17:12“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib06 / 11 / 2024, 16:52Azərbaycanda bələdiyyə seçkiləri nə zaman keçirilə bilər? - MSK sədri açıqladı06 / 11 / 2024, 16:26İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTO06 / 11 / 2024, 16:13Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşüb06 / 11 / 2024, 16:08Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO06 / 11 / 2024, 16:07Tramp qələbə qazandığını elan edib06 / 11 / 2024, 15:51COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcək06 / 11 / 2024, 15:44Bakı metrosunun iş rejimi COP29 zamanı dəyişdiriləcək06 / 11 / 2024, 15:31Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilir06 / 11 / 2024, 15:25“Kartdan karta” üsulu ilə işləyən daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edilib06 / 11 / 2024, 15:13COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıb06 / 11 / 2024, 14:58Prezident: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir06 / 11 / 2024, 14:488 Noyabr prospekti bu gecədən bağlanır06 / 11 / 2024, 14:36Azərbaycan Prezidenti Donald Trampı təbrik edib06 / 11 / 2024, 14:20Bişkekdə 4SİM-in təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıb06 / 11 / 2024, 13:58
Bütün xəbərlər