Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb

1news Redaksiyası15:52 - 09 / 10 / 2024
Türk Hava Yollarına məxsus təyyarənin kapitanı uçuş zamanı ölüb

“Türk Hava Yolları”na məxsus Seatle-İstanbul reysinin kapitan pilotu uçuş zamanı vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 59 yaşlı pilot İlçehin Pehlivanın uçuş zamanı huşunu itirdiyi bildirilib.

Təyyarədə kapitan pilota edilən müdaxilə nəticəsiz qaldıqdan sonra heyət təcili eniş etmək qərarına gəlsə də, İ.Pehlivan enişə qədər vəfat edib.

“Türk Hava Yolları”ndan verilən açıqlamada təyyarənin Nyu-Yorka eniş etdiyi bildirilib.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər