Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib

17:18 - 09 / 10 / 2024
Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.

1news.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Bakıda bu gün keçirilən Yüksək Səviyyəli Dialoqda COP29 sədrləri Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Yerlan Nısanbayev ilə görüşüb və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərilən səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər