Ağdamda iki maşın toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda iki maşın toqquşub, xəsarət alan var

17:36 - 09 / 10 / 2024
Ağdamda iki maşın toqquşub, xəsarət alan var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Minik maşınında sıxılıb qalan 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nın xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ona ilkin tibbi yardım göstərilib, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər