Bakının məşhur məktəbinə direktor təyin olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının məşhur məktəbinə direktor təyin olundu

16:21 - 10 / 10 / 2024
Bakının məşhur məktəbinə direktor təyin olundu

Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

1news.az Sfera.az-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb.

Məlumat üçün bildirək ki, A.Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər