Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

16:13 - 11 / 10 / 2024
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 11-i axşamdan 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
194

Son xəbərlər

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilibBu gün, 14:17Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibBu gün, 14:03Sabahın hava proqnozuBu gün, 12:52Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötürBu gün, 12:32Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİBBu gün, 12:10Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edibBu gün, 12:06FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:50Azərbaycan nefti ucuzlaşıbBu gün, 11:33DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:52AMB 16 oktyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 10:43Bakıda qazanxanada partlayış baş veribBu gün, 10:29Ağcabədi polisləri tərəfindən 6 silah götürülübBu gün, 10:21Azərbaycanda ilk dəfə olaraq "HR Digital Connect" işgüzar görüşü keçirilib - FOTOBu gün, 10:08Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:57Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:29Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 09:08Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25
Bütün xəbərlər