Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

13:16 - 14 / 10 / 2024
Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

09:09

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi –Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda diqqətə çatdırılıb.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər