Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO

16:01 - 15 / 10 / 2024
Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO

Bir müddət öncə, Samux rayonu Heydər Əliyev Mərkəzində Agro Dairy şirkəti ilə Macarıstan nümayəndə heyəti arasında geniş tərkibli press-konfrans baş tutub.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru professor Csaba Gyuricza, Agro Dairy şirkətinin bitkiçilik üzrə icraçı direktoru Ramil Məmmədov və baş icraçı direktorunun müşaviri Kristof Hartiq iştirak ediblər.

Press-konfrans zamanı professor Csaba Gyuricza, 2023-cü ilin yazında Agro Dairy ilə MATE arasında imzalanan strateji əməkdaşlıq çərçivəsində "MATE Global Azərbaycan" konsepsiyasının növbəti mərhələsini elan edib. Bu mərhələ çərçivəsində 2024-cü ilin dördüncü rübündən etibarən MATE Global kampusunda kənd təsərrüfatı sahəsində qısa müddətli kurslar və peşə təlimlərinə start veriləcək. Təlimlər dəqiq kənd təsərrüfatı, texniki tədqiqatlar və su idarəetməsi kimi sahələrdə mütəxəssislərin peşəkar inkişafına yönələcək.

Nümayəndə heyəti Samux səfəri çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev ilə görüş keçirərək, Agro Dairy şirkətinin rayondakı təsərrüfat sahələrinə səfər ediblər. Səfər zamanı nümayəndələr şirkətin innovativ kənd təsərrüfatı yanaşmaları ilə tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Qeyd etmək istərdik ki, Macarıstan nümayəndə heyəti Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində də rəsmi səfərlər edərək, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Reklam hüququnda

Paylaş:
127

Son xəbərlər

Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldıBu gün, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdiBu gün, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıbBu gün, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTOBu gün, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”Bu gün, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilibBu gün, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİKBu gün, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilibBu gün, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilirBu gün, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilibBu gün, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçiribBu gün, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı veribBu gün, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?Bu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdırBu gün, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlibBu gün, 12:28Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edibBu gün, 11:54İlham Əliyev Kamboca Kralını təbrik edibBu gün, 11:23Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”Bu gün, 11:21
Bütün xəbərlər