Qəbələdə evə silahlı hücum olub, 2 nəfər qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə evə silahlı hücum olub, 2 nəfər qətlə yetirilib

12:16 - Bu gün
Qəbələdə evə silahlı hücum olub, 2 nəfər qətlə yetirilib

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.

Qəbələ rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş:
39

Son xəbərlər

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaqBu gün, 13:52COP29 dönəmində bu insanlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəkBu gün, 13:39Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 13:32Qəbələdə evə silahlı hücum olub, 2 nəfər qətlə yetirilibBu gün, 12:16Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıbBu gün, 11:51Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötübBu gün, 11:28Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürübBu gün, 10:52AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:41Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:23Bəzi yerlərdə arabir şimşək çaxır, leysan yağış yağır - FAKTİKİ HAVABu gün, 10:07Yol polisi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edibBu gün, 09:41Gəncədə baş verən partlayışda ölən və yaralananların kimliyi məlum olubBu gün, 09:31Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edibBu gün, 09:21Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası GünüdürBu gün, 09:20Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 09:12Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39
Bütün xəbərlər