Gəncədə qadını şantaj edərək pul istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qadını şantaj edərək pul istəyən şəxs saxlanılıb

18:13 - 19 / 10 / 2024
Gəncədə qadını şantaj edərək pul istəyən şəxs saxlanılıb

Gəncədə qadın fotoları ilə hədələnib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, xanım sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini deyir.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
491

Son xəbərlər

Bütün xəbərlər