Masallıda mal-qara oğurlayan şəxs həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda mal-qara oğurlayan şəxs həbs edilib

11:25 - 19 / 10 / 2024
Masallıda mal-qara oğurlayan şəxs həbs edilib

Masallı rayonunda mal-qara oğurlayan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində otlaq sahəsindən 22 baş xırdabuynuzlu heyvanı oğurlayan əvvəllər məhkum olunmuş Vaqif Məlikov saxlanılıb.

"Araşdırmalar zamanı onun daha 3 nəfərin iri və xırdabuynuzlu heyvanlarını oğurladığı müəyyən edilib. V.Məlikov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər