Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

15:39 - Bu gün
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Mövcud hava şəraitinin yol hərəkəti iştirakçılarına yaratdığı çətinliklərlə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, son iki gündə qeydə alınan yol qəzalarının təhlili verilən tövsiyələrə daha ciddi əməl olunmasının vacibliyindən xəbər verir.

Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı hava ilə əlaqədar bir daha avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onlardan yağışlı, dumanlı havalarda sürüşmə ehtimalının dəfələrlə artmasını, görünüş məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını nəzərə alaraq, sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, avtomobillərinin mövsümə uyğun təchiz olunmasını təmin etməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, özləri və digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətlər yaratmamağı xahiş edir".

Paylaş:
61

Son xəbərlər

Abşeron rayonu Qobu qəsəbəsində sakinlərin göz xəstəlikləri üzrə pulsuz müayinəsi keçirildi - FOTOBu gün, 18:27Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıbBu gün, 17:59Naxçıvanda 2 tona yaxın çətənə kolu məhv edilibBu gün, 17:52Kürəkənin öldüyü partlayışa görə qayınatası cəzalandırıldıBu gün, 17:41AYNA: Azərbaycan-Gürcüstan sərhədində 300-dən çox avtomobil gözləyirBu gün, 17:27Gələn il Beynəlxalq Hakimlər Assosiasiyasının Baş Assambleyası Bakıda keçiriləcəkBu gün, 17:01COP29-da qeydiyyatdan keçənlərin ilkin sayı açıqlanıbBu gün, 16:57Divanev Azərbaycanın yeni filialı ilə Babək prospektində! - VİDEOBu gün, 16:48Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 16:34Azərbaycan və Moldova Hökuməti arasında saziş təsdiq edilibBu gün, 16:31Sultan Qasımov Sankt-Peterburqda baş konsul vəzifəsindən azad geri çağırılıbBu gün, 16:20Sabunçuda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılırBu gün, 16:05Yağmurlu hava şəraiti ilə bağlı bəzi küçə və prospektlərdə sıxlıq müşahidə olunur- SİYAHIBu gün, 15:55Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:39Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşübBu gün, 15:27Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdürBu gün, 15:05Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıbBu gün, 14:54Holcim Azərbaycan CORSO tikinti qatqıları və TECTOR hazır istifadə üçün qarışıqları və yapışdırıcıları təqdim edirBu gün, 14:44Ayan Nəcəf: COP29-un keçirildiyi məkanda generatorlar hidratlaşdırılmış bitki yağı ilə işləyəcəkBu gün, 14:40Bakının Əhməd Rəcəbli küçəsinin bir hissəsi təmir edilib - VİDEOBu gün, 13:59
Bütün xəbərlər