Sabunçuda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

Qafar Ağayev16:05 - 21 / 10 / 2024
Sabunçuda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

Sabunçu rayonunda iki nəfərin meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, oktyabrın 21-də Sabunçu rayonu ərazisində yerləşən evlərdən birində iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
259

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər