Məktəb idarəetməsinin effektiv təşkili məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb idarəetməsinin effektiv təşkili məsələləri müzakirə olunub

Qafar Ağayev11:12 - 21 / 10 / 2024
Məktəb idarəetməsinin effektiv təşkili məsələləri müzakirə olunub

Paytaxtdakı 247 nömrəli tam orta məktəbdə Nəsimi rayonu məktəb direktorlarının kurasiya üzrə görüşü keçirilib.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavinləri Xəyalə Əhmədzadə və Anar Məmmədov, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.

247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasova qonaqları salamlayıb və BŞTİ-nin ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətinin təşkilinə xidmət edən təlimatlarını nəzərə çatdırıb.

Görüşdə çıxış edənlər tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb, məktəb direktorlarına fəaliyyətlərində nəticəyönümlülüyü əsas götüməyi tövsiyə ediblər. Bildirilib ki, idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, vətəndaş məmnunluğu əsas məqsədlərdəndir.

Görüş zamanı məktəb rəhbərlərinə təhsildə keyfiyyətin artırılması, tədris prosesinin idarəolunması, kadr münasibətlərinin tənzimlənməsi, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, şagird davranış qaydalarına və şagird təhlükəsizliyi məsələlərinə riayət olunması, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib, yeni yanaşmalar, müasir çağırışların tələblərindən irəli gələn zəruri amillər nəzərə çatdırılıb.

Həmçinin məktəb direktorunun fəaliyyət istiqamətləri, keyfiyyətin idarə olunması mexanizmləri, tədris planlarının təhlili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, dərsin daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmalar, monitorinqlər və digər müvafiq mövzulardan bəhs edilib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklifl və tövsiyələr səsləndirilib.

Paylaş:
123

Son xəbərlər

ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49
Bütün xəbərlər