Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

13:47 - Bu gün
Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsini (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) təmir edib.

1news.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Paylaş:
60

Son xəbərlər

Zakir Həsənov Qırğızıstana səfər edibBu gün, 17:19Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən ata tutulubBu gün, 16:45Bakıda subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb - YENİLƏNİB 1Bu gün, 16:27Babək prospektində ağac yolun hərəkət hissəsinə aşıbBu gün, 15:49Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilibBu gün, 15:30“Moser” dünyasına qərqolma: Çexiyanın əfsanəvi emalatxanası Azərbaycanla əməkdaşlığını inkişaf etdirir - FOTOBu gün, 14:53Bakıdakı bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilibBu gün, 14:22Ölkə ərazisində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir - BİRGƏ MƏLUMATBu gün, 14:06Bakının Əhmədbəy Ağaoğlu küçəsi təmir olunubBu gün, 13:47Leysan yağacaq - PROQNOZBu gün, 13:26Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 13:05İnklüziv cəmiyyətin inkişafına töhfə verən Mərkəzdə hazırda həssas qruplara aid 160-dək benefisiar təlimlərdən yararlanırBu gün, 12:40Yağışlı hava şəraiti məktəblərdə davamiyyətə təsir edibmi?Bu gün, 12:29DYP hava şəraiti ilə bağlı müraciət edibBu gün, 12:15Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib - FOTOBu gün, 12:01İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 11:48Bakıda bəzi yollara məhdudiyyət tətbiq edilib - FOTOBu gün, 11:22Yasamalda yaşayış evində uçqun olub - VİDEOBu gün, 11:12AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:59Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində ölübBu gün, 10:33
Bütün xəbərlər